AZ

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 26-32 metr/saniyəyədək güclənib

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 metr/saniyə, Neftçala, Gəncədə 20 metr/saniyə, Şəkidə 18 metr/saniyə, Mingəçevirdə 17 metr/saniyə, Tərtərdə 15 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-də 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.
Seçilən
200
1
ekologiya.az

10Mənbələr