AZ

Qərbi Azərbaycana insanların təhlükəsizliyinə tam zəmanət aldıqdan sonra qayıdış olacaq

"Qəti şəkildə elan etmişik ki, biz Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq. Ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət aldıqdan sonra qayıdış olacaq".

Herbiand.az">Herbiand.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib. Ə.Ələkbərov bildirib ki, insanlarımız ora ləyaqətli şəkildə qayıtmalıdır: “Yəni Ermənistan vətəndaşlarının malik olduğu bütün hüquqlar bizim soydaşlarımıza da şamil olunmalıdır. Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tamhüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır. Bütün bunlar bizim konsepsiyada əks olunub". 

Ə. Ələkbərli dünya ictiamiyyətinə qısa müddətdə öz problemlərinini çatdırdıqlarını da bildirib. Deputat son bir il ərzində Qərbi Azərbaycan İcmasının 7 sənədi BMT-nin rəsmi sənədi kimi yayıldığını da əlavə edib.

Seçilən
199
4
herbiand.az

10Mənbələr