AZ

Tünzalə geyimi ilə yenidən GÜNDƏMDƏ - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə geyimi ilə gündəmə səs salıb.



Yenilik.az bizim media-ya istinadla xəbər verir ki, sənətçi iştirak etdiyi dəbdəbəli toy məclislərinin birinə qara, üzəri parıldayan "tulum"la qatılıb.Diqqət çəkən məqam isə sözügedən geyimin dərin dekoltesi olub.Əynini bəzəyən bu geyim Tünzaləni yenidən "dilə-dişə" salıb. Belə ki, açıq-saçıq geyimdə səhnədə ifasını təqdim etdiyi görüntüləri izləyiciləri ilə bölüşən Ağayevanı izləyicilər "tulum"a görə "asıb-kəsib"lər.Lakin onlar arasında Xalq artistinə bu libası yaraşdıranlar da olub.Qeyd edək ki, son zamanlar səhnə obrazını 180 dərəcə dəyişən Tünzalə Ağayevanın açıq-saçıq geyimlərdən istifadə etməsi sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
447
13
yenilik.az

9Mənbələr