AZ

42 dövlətdən yalnız 20-si... - Ukraynaya maliyyə yardımı rekord səviyyədə azalıb

ABŞ Senatında, Nümayəndələr Palatasında Ukraynaya maliyyə yardımıyla bağlı qanun layihəsi “ilişərkən”, Rusiyanın işğalına məruz qalan Ukraynanın ümumilikdə öz tərəfdaşlarından aldığı maliyyə dəstəyi rekord həddə azalmaqdadır. 

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Kiel Dünya İqtisadiyyatı İnstitutunun son hesabatına görə, 2023-cü ilin avqust-oktyabr aylarında Ukraynaya yardımın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 90% azalaraq 2,11 milyard avro təşkil edib.

Ukraynanın 42 donor ölkəsindən yalnız 20-si son üç ayda yeni yardım paketləri təqdim edib. Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzü başlayandan bəri ən aşağı göstəricidir: “Qərbin 2023-cü ilin avqust-oktyabr aylarında Kiyevə yardımının həcmi yeni minimuma çatıb, 2022-ci ilin eyni dövründə qeydə alınan həcmin 10%-nə qədər azalıb”.

Üstəlik, bu dövrdə ABŞ-dan gələn yardımların həcmi Avropa İttifaqından, İngiltərədən gələn yardımların həcmi isə Almaniyadan daha az olub.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
13
azpolitika.info

10Mənbələr