“Azərsu” ASC ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına Abşeron yarımadası və Regional Sukanal İdarələrində tələb olunan nəqliyyat və xüsusi texnika vasitələri xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Miacon” MMC olub.
Şirkətlə 299 720 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən aşağıdaki texnika vasitələri ilə xidmətlər satın alınacaq :
mini ekskavator 0,3 mᵌ - 150 gün
mini yükləyici 0,5 mᵌ - 60 gün
ekskavator 0,3 mᵌ - 435 gün
ekskavator 1,0 mᵌ - 120 gün
ekskavator 1,5 mᵌ - 12 gün
özüboşaldan-yük maşını – 20 gün
qoşqulu yük maşını – 10 gün