AZ

İsrail Qəzzada baş verən qarşıdurmalarda 2 əsgərinin öldüyünü açıqlayıb

İsrail Qəzzada baş verən qarşıdurmalarda 2 əsgərinin öldüyünü açıqlayıb

İsrail ordusunun Qəzza zolağında baş verən qarşıdurmalarda 2 əsgəri həlak olub.

Sonxeber.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrindən verilən yazılı açıqlamaya görə Qəzza zolağının mərkəzində dünən baş verən qarşıdurmada paraşütçülər briqadasının 22 yaşlı çavuşu Amit Bonzel həlak olub.

Dekabrın 5-də Qəzzanın cənubunda baş verən qarşıdurmalarda yaralanan komando briqadasından 22 yaşlı çavuş Alemnew Emanuel Feleke də dünən həyatını itirib.

Açıqlamaya görə, Bonzelin öldüyü qarşıdurmada paraşütçülər briqadasının kəşfiyyat bölməsinin 3 ehtiyat əsgəri də ağır yaralanıb.

İsrail ordusunun qurudan başlatdığı hücumdan sonra Qəzza zolağında baş verən qarşıdurmalarda həlak olan İsrail əsgərlərinin sayı 86-ya çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
3
sonxeber.az

4Mənbələr