AZ

“Həyatımda bir kişi var, həbsxanada olanda təklif etdi ki...” - FOTO


Referans.az xəbər verir ki, tanınmış müğənni Fədayə LaçınModerator.az-ın suallarını cavablandırıb.

 

- Fədayə xanım, saytlarda səhhətinizin ağırlaşdığı haqda məlumatlar dolaşır. Bu xəbər doğrudur?

 

- Xeyr, sadəcə xəstələnmişəm. 10 gündür ki, xəstə yatıram. Evdə dava-dərman etdim, amma keçmədi. Həkim antibiotik, sistem yazıb. Ölümcül, sağalmaz xəstəliyə düçar olmamışam. Ölümcül o deməkdir ki, səhhətin ağırlaşır, gəlib səni təcili yardımla xəstəxanaya aparırlar. Deyə-deyə, gülə-gülə öz ayağımla həkimə getmişəm. Bu şayiələr bəlkə də mənim paylaşımlarımdan qaynaqlanır. Çünki o gün yazmışdım ki, yaman pis xəstələnmişəm, görsəm ölürəm, durub qaçacam. Onu gülmək üçün yazmışdım. 

 

- Ümumiyyətlə son aylar sizə olan maraq daha da çoxalıb. Bu nə ilə əlaqədardır?

 

- Bəli, bunu hiss edirəm. Sağ olsun elimiz, obamız, xalqımız. Bu sevgidən ilhamlanıram. Məni həyata bağlayan insanların bu sevgisidir. Başıma nələr gəlsə də bu sevgi artır, azalmır. Öz-özümlə təkbaşına qalanda Allaha şükür edirəm. Arzu edirəm ki, bu sevgini, hörməti mənə çox görməsin. O da çox görmür, səsimi eşidir.


- Fədayə xanım, toylarla bağlı vəziyyətiniz nə yerdədir? Siz də toya yarım saatı 8-9 min manata gedirsiniz?

 

- Mən heç vaxt elə baha qiymətə toya getməmişəm. Bütün toyu 8-9 minə oxumamışam, o ki, qala yarım saatı olsun. Oxuya da bilmirlər (gülür). Fanaqrama qoyurlar, yarım saata 8-9 min alırlar. Məncə o halal qazanc deyil. Heç olmasa bunu canlı oxuyun, bir az halallıq olsun. Mən insanların büdcəsinə uyğun gedirəm. Nə ucuzdur, nə də baha.     

Seçilən
550
12
oxu.az

10Mənbələr