AZ

Danimarkada Quranın yandırılması qadağan edildi

Dekabrın 7-də Danimarka parlamenti dini mətnlərin yandırılmasını qadağan edən və bununla da Quranın yandırılmasına icazə verməyən qanun qəbul edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, sənədi parlamentdə 94 deputat dəstəkləyib, 77 millət vəkili isə onun əleyhinə çıxıb.

 

Xatırladaq ki, avqustun 25-də Danimarkanın ədliyyə naziri Peter Hummelqaard ictimai yerlərdə dini mətnlərin təhqir olunmasını qadağan edən hökumət qanun layihəsinin tezliklə təqdim ediləcəyini açıqlamışdı.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
8
senzor.az

9Mənbələr