"Oğlum oxuduğu ali təhsil ocağının 4-cü kursunda idi. Getmişdim İzmirə yanına. Bu son şəkildir onunla çəkdirdiyim (ağlayır)".
BiG.AZ bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı qonaq olduğu "Səni axtarıram" ictimai-sosial verilişində deyib.
Avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhimdən söz açan sənətçi bildirib ki, övladı uzun illər Türkiyədə təhsil aldığı üçün onunla gec-gec görüşürmüş:
"Allah hamıya bir ömür verib, onu sən yaşamalısan. Öldürən Allahdır. Sən özünü öldürə bilmirsən. Ammalar var... Bu Allahın taleyi, qismətidir. Mən övladım Rəhimi 4-5 il xaricdə oxutdurdum. Mən heç Rəhimin üzünü görmürdüm.
Rusiyada olurdum, gedib-gəlirdim, qastrollarda, səyahətlərdə olurdum. Bəlkə də Rəhim birdən-birə yanımızdan getsəydin bu dözülməz olardı, dərd tapardım. Amma o 5 il bizdən uzaq düşdü. İzmirdə oxudu. O, bizə özünü uzaqda olduğuna öyrəşdirdi. Bəlkə də onun qisməti 21 yaşına qədər imiş... Bunu da bizə özü öyrətdi".
Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim 21 yaşında Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Rəhimin vaxtsız ölümü ilə sarsıntı keçirən İ.Borçalı müsahibələrinin birində şəkər xəstəliyi tapdığını açıqlayıb.
BiG.Az