AZ

Filippin Çin səfirini öz gəmisi ilə bağlı vəziyyətə görə çağırıb

Filippin Cənubi Çin dənizində öz gəmilərinə qarşı "aqressiv" hərəkətlərinə görə Çinin Maniladakı səfirini çağırıb.

Bu barədə Filippin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Filippin Xarici İşlər Nazirliyinin sözçüsü Teresita Dasa keçirdiyi mətbuat konfransında Çinin sahil mühafizə gəmilərinin öz gəmilərinə qarşı su şırnaqlarından istifadə etməsinə görə Pekinə diplomatik etirazını bildirib.

Dekabrın 9-da Filippin Çini mübahisəli Skarboro rifi yaxınlığında Filippinin üç gəmisinə su şırnaqları ilə hücumda ittiham edib.

Dekabrın 10-da isə Çinin Dəniz Polisi Departamenti Filippin gəmisini Cənubi Çin dənizindəki mübahisəli Spratli adaları yaxınlığında müntəzəm səfərdə olan Çin sahil mühafizə gəmisi ilə qəsdən toqquşmaqda ittiham edib. Departament bildirib ki, Çin sahil mühafizəsi “Filippin gəmilərinə qarşı qanuni nəzarət tədbirləri tətbiq edib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
5
moderator.az

10Mənbələr