AZ

Quruyan əllər üçün vacib məsləhətlər - Bunları edin

Soyuq aylarda xüsusilə qadınlarda tez-tez görülən quru və kobud əllərə mütəmadi olaraq qulluq edilməlidir.



Bakupost.az çatlayan əllərə düzgün qulluğu təqdim edir:





1) Əlləri düzgün yumaq

Əl toxumasını zədələyən səbəblərdən biri də sərt sabunlardır. Bu səbəblə üstünlük verilən sabunların tərkibində nəmləndirici maddələr olmalıdır. İsti sudan da qaçmaq lazımdır. İlıq suya üstünlük verilməlidir.


2) Daimi nəmləndirici

Dərinizin tipinə uyğun nəmləndiricilər səhər və axşam tez-tez istifadə edilməlidir.




3) Dırnaqlara müntəzəm qulluq etmək

Əsas səhvlərdən biri də dırnaqlara boya sürtməkdir. Sağlam bir dırnaq üçün müntəzəm olaraq manikürə getmək çox vacibdir. Güclü görünmək üçün E vitamini istifadə etməyi vərdiş halına gətirmək lazımdır.


4) Pilinq

Başqa bir qulluq vasitəsi pilinqdir. Həftədə bir dəfə quru dərini aşındırmaq əlləri sağlam və yumşaq edir.


Aygün
BakuPost

Seçilən
449
15
bakupost.az

10Mənbələr