AZ

Vüsalə Balayeva: “Bu bütün insanların şikayət etdiyi məqamdır” – MÜSAHİBƏ

Ednews.net saytının baş redaktoru, tanınmış jurnalist Vüsalə Balayevanın müsahibəsi-Beş ildən sonra özünüzü harada görürsünüz?
-Bu sahədə çalışdığım gündən istədiyim səviyyəyə addım-addım gəlib çatmışam. Əlbəttə ki, biz bir şeyi əldə etdikdən sonra arzularımız, istəklərimiz dəyişir. Məndə də həmçinin belədir. İnşallah, hamının arzuları çin olsun.
-Stress və vaxt məhdudiyyətləri altında necə işləyirsiniz?
- Media sahəsində çalışan bütün həmkarlarım bilir ki, biz daima bu ortamda çalışırıq. Artıq sanki bizdə buna qarşı immunitet yaranıb. İllərlə bu vəziyyətdə çalışmaq bizi formalaşdırıb. Hətta sakit bir gün yaşayanda elə bil bizdə nəsə çatmır. Zamana gəldikdə isə çalışdığım qədər onunla çarpışıram. Həm də bu təkcə bizim sahədə deyil, bütün insanların şikayət etdiyi bir məqamdır.
-Sizi kim ruhlandırır?
- Kim deməyim, nə deyim. Məni vicdanım ruhlandırır, əgər həmin gün mən sakit yata bilirəmsə, bu mənim sabahki günümə bir motivasiya olur və günümü çox yüksək enerji ilə başlayıram. Əksinə olduqda isə, hadisələr mənfi tərəfə yönəlir və ruhdan düşürəm.
- Siyasətlə nə vaxtdan maraqlanmısınız?
- Özüm ixtisasca bu sahə üzrə təhsil almışam. Bizim uşaqlığımız ermənilərin Qarabağı işğal zamanına düşüb. O zaman böyüyən uşaqlar bilir, biz istəməsək belə o geosiyasi məsələlərin içində idik. Yadımdadır, I Qarabağ müharibəsi zamanı atam hər axşam AzTv-dən Şəmistan Əlizamanlıya qulaq asırdı, cəbhədə olan vəziyyətdən xəbərdar olurdu. Hətta Şuşa işğal olunduqda, atam ov tüfəngini götürüb cəbhəyə yollanmağa da cəhd etmişdi, lakin gedə bilməmişdi. 2020-ci ildə Şuşa azad olunduqda mən atamın xatirəsinə “Mən atamı ilk dəfə ağlayan gördüm” adlı məqalədə yazmışdım.
- İşin sizin üçün ən çətin hissəsi nədir?
- Kollektivi idarə etmək. Məncə ən çətin hissə budur. Çünki rəhbər kimi bəzən sərt olmaq məcburiyyətində olursan. Amma düşünürəm ki, sərt zamanlarım az, mehriban tərəflərim daha çox olur.
Söhbətləşdi: Xəyal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
313
31
ednews.net

10Mənbələr