AZ

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Bolgə.TV xəbər verir ki, Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilibTərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər-Bərdə avtomobil yolunun kənarında və digər ərazilərdə ağacəkmə aksiyası keşirilib.Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, şəhər sakinləri iştirak ediblər.Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.Aksiya çərçivəsində 200 ədəd eldar şamı, 2000-dən çox müxtəlif növ meyvə ağacları əkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
325
1
bolgexeber.com

2Mənbələr