AZ

Ukrayna Macarıstandan gələn təhlükəni qiymətləndirib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Macarıstanın mövqeyini Kiyevin Avropa İttifaqına üzvlüyünü təhdid etməyəcəyini bildirib.

SİA bunuRİA Novosti-yə istinadən bildirir.

...Ukraynanın Avropa İttifaqına daxil olması prosesinin daha yavaş olmasını istəyən ölkə var. Bu Macarıstandır. Dünən Macarıstanın Xarici İşlər naziriPeter Siyyartoilə söhbətimin nəticələrinə əsasən, Macarıstanın prinsip etibarilə Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxması təhlükəsi aradan qaldırıldı.

Bunu deyən Kulebanın sözlərinə görə, Siyyarto qeyd edib ki, məsələ bu deyil.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri onu da vurğulayıb ki, respublikanın Avropaya inteqrasiyasını heç kim dayandırmayacaq. Ölkə Avropa İttifaqına daxil olacaq, lakin bunu nə qədər tez edə biləcəyi məlum deyil.

Qeyd edək ki, dekabrın 11-də Ukraynanın xarici işlər naziri Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri ilk dəfə Siyyarto ilə görüşüb. Kuleba bildirib ki, söhbət “səmimi” olub və bir saat davam edib.

Nazlı

Seçilən
302
50
sia.az

10Mənbələr