AZ

ABŞ Qəzzada müharibəni bitirir - Plan açıqlandı

ABŞ müdafiə naziri Lloyd Ostin bu həftə İsrailə səfər edəcək. Səfər o fonda gerçəkləşir ki, Co Bayden administrasiyası İsraildən bir neçə həftəyə Qəzzada genişmiqyaslı quru və hava əməliyyatlarına son qoymasını və HƏMAS-a qarşı müharibənin daha məqsədyönlü mərhələyə keçirilməsini tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın "Nyu-York Tayms" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Ostin bu məqsədlə Baş nazir Benyamin Netanyahu və həmkarı Yoav Qallantla görüşərək yeni məsələləri ətraflı müzakirə edəcək. ABŞ rəsmilərinin dediklərinə görə, İsrailin hərbi əməliyyatlarının yeni fazası HƏMAS liderlərini və məhv etmək, eləcə də girovları qurtarmaq üçün daha dəqiq kəşfiyyat məlumatlarına əsaslanan missiyaları əhatə edəcək. Söhbət əməliyyatların kiçik elit qrupların iştirakı ilə aparılmasından gedir.

ABŞ müdafiə nazirinin İsrailin HƏMAS-ı məhv etmək kampaniyasına dəstək verəcəyi gözlənilir, eyni zamanda əməliyyatlar vaxtı mülki əhalinin təhlükəsizliyinin nəzərə alınmasının vacibliyini və humanitar yardımın çatdırılmasının artırılmasının təcili ehtiyacını vurğulayacaq.

Nəşr qeyd edir ki, Ostin İraq və Əfqanıstandakı irimiqyaslı quru əməliyyatlarından daha diqqətli əməliyyatlara keçərkən ABŞ ordusunun son 20 ildə öyrəndiyi ağrılı dərslərlə tanışdır, o, bu təcrübəni İsrail rəsmiləri ilə bölüşmək istəyir.

Ostinin səfəri HƏMAS-ın hücumundan sonra İsrailə ikinci səfəri Vaşinqtonun İsrailə müharibənin yüksək intensivlikli hissəsini dayandırmaq üçün israrlı çağırışının bir hissəsidir. Prezident Baydenin müşaviri Ceyk Sallivan münaqişənin istiqamətini müzakirə etmək üçün bundan əvvəl İsrail liderləri ilə görüşüb. Sallivan vaxt cədvəlini dəqiqləşdirməsə də, ABŞ rəsmiləri Baydenin İsrailin təxminən üç həftə ərzində daha dəqiq taktikaya keçməsini istədiyini söyləyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
280
23
teleqraf.com

10Mənbələr