AZ

LATVİYADAN MİNDƏN ÇOX RUSİYA VƏTƏNDAŞI DEPORTASİYA EDİLİB

Mindən çox Rusiya vətəndaşını Latviya hakimiyyəti ölkədən deportasiya etməyi planlaşdırır.Tezadlar.az xəbər verir ki, bunu Vətəndaşlıq və Miqrasiya Məsələləri Departamentinin rəhbəri Maira Rose bildirib.“Qovulma 1000-dən çox insana təsir edəcək. Görürük ki, gecikənlər, hər şeyi yoluna qoymağa cəhd edənlər, müvəqqəti yaşamaq üçün müraciət edənlər çoxdur, amma təəssüflər olsun ki, onlara getmələrini söyləmək məcburiyyətindəyik, çünki qanunda göstərilən bəndlərin heç biri onlara aid deyil”, - Rose deyib.Qeyd edək ki, bundan əvvəl 3,2 mindən çox Rusiya vətəndaşının Latviyanı tərk etməyə məcbur edilə biləcəyi barədə məlumat yayılmışdı. Latviyada daimi yaşayan 3255 rusiyalı yeni immiqrasiya qanununun tələblərinə görə ölkəni tərk etməli və ya hansısa formada yaşayış icazəsi üçün müraciət etməli olduqlarını bildirən məktublar alıb.​​ E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
388
50
tezadlar.az

10Mənbələr