AZ

İkardi, Burak Özçivit və Teomanın bu fotosu gündəm oldu - FOTO

Ötən axşam İstanbulda “GQ Men of the Year 2023” mükafatlandırma mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, məşhur simaların axın etdiyi gecədə mükafat alan İkardi, Taro Emir Tekin, Selahettin Paşalı, Burak Özçivit və Teomanın fotosu sosial mediada gündəm olub.

Futbolçu, müğənni və aktyorların yer aldığı fotoya qısa zamanda yüzlərlə bəyənmə və şərhlər gəlib.

Fotoya “Anama “tanısan çox sevərsən” dediyim qrup”, “Yalnız miras məsələsi üçün bir araya gələn əmilərim” və “Teomanın bəhs etdiyi “rəngli xəyallar oteli”” kimi bir-birindən gülməli reaksiyalar verilib.

Qeyd edək ki, mərasimdə, Sekahettin Paşalıya “İlin Aktyoru”, Burak Özçivitə 10-cu illə əlaqədar Xüsusi Yubiley Mükafatı”, Mauro İkardiyə “İlin idmançısı”, Taro Emir Tekinə isə “İlin stil sahibi” mükafatları təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
427
17
baku.ws

10Mənbələr