AZ

Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında danışıb.

V.Putin bildirib ki, bu, Moskvanın maraqlarına uyğun olmalıdır.

Rusiya lideri, həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Kreml üçün təkcə indi yox, gələcəkdə də qəbuledilməz olacaq: “Amma biz Avropa və NATO ilə döyüşmək niyyətində deyilik”.

Dövlət başçısının sözlərinə görə, Rusiya həmişə Ukrayna ilə normal münasibətlər qurmağa çalışıb.

Seçilən
478
50
report.az

10Mənbələr