AZ

AHİK sədri: Azərbaycan xalqı qalib kimi Prezident seçkilərində iştirak edəcək

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev xalqın qalib kimi Prezident seçkilərində iştirak edəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, o, AHİK-in növbədənkənar VI qurultayında çıxışı zamanı deyib ki, Prezident seçkiləri ən böyük və əlamətdar tədbirlərdən biridir:

"Xalqımız etibarlı idarəçisini müəyyənləşdirir. İnanırıq ki, bu seçkidə də demokratiya qalib gələcək. Çünki Azərbaycan cəmiyyəti sivil və kamil cəmiyyətdir. İnanırıq ki, hakimiyyət sınanmış və etibarlı əllərdə qalacaq. Bu seçkini zəfər seçkisi də adlandıra bilərik. Bu dəfə qalib xalq kimi seçkidə iştirak edəcəyik".

Seçilən
161
2
ikisahil.az

10Mənbələr