AZ

“Neftçi”nin zədələnən futbolçusu xəstəxanadan evə buraxıldı

“Neftçi”nin U-15 komandasının futbolçusu Nurəziz Əzizov evə buraxılıb.

Msport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, AFFA U-15 Liqasının XV turunda, “Ulduz Mingəçevir”lə qarşılaşmada zədələnən qapıçı “Liv Bona Dea Hospital”da müalicəsini başa vurub.

Matçın 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb. O, Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

Seçilən
154
5
msport.az

10Mənbələr