AZ

Mutu Azərbaycana QAYITMAYACAQ

“Neftçi”nin baş məşqçisi Adrian Mutu bu il Azərbaycana qayıtmayacaq.

Editor.az lent.az-a istinadən xəbər verir ki, anasının vəfatına görə Rumıniyaya yollanan Mutunun Bakıya gələn il qayıdacağı ehtimal olunur.

Buna görə də, “Neftçi”ni Premyer Liqanın 18-ci turunun “Kəpəz”lə görüşünə də Alin-Nikolae Çita çıxaracaq.

Bu məşqçi “Qaradağ-Lökbatan”la görüşdə də Mutunu əvəzləyib. Mutu Bakıya yalnız ilin əvvəlində “Neftçi”nin qış toplanışı üçün qayıdacaq.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” matçı dekabrın 24-ü, 16:00-da “Neftçi Arena”da keçiriləcək və CBC Sport kanalı vasitəsiylə canlı yayımlanacaq.

Seçilən
242
50
editor.az

10Mənbələr