AZ

Aİ UKRAYNAYA 50 MİLYARD AVRO AYIRACAQ?

Kiyevdə əmindirlər ki, Avropa İttifaqı gələn ilin əvvəlində Ukraynaya 50 milyard avro ayıracaq, siyasi qərar artıq Aİ-də qəbul edilib.Bu fikri “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva deyib.“Güvən var. Siyasi həll yolu var. Hamımızın bildiyimiz 50 milyard avro Ukraynaya ayrılacaq”, - Jovkva bildirib.Onun sözlərinə görə, Ukraynaya bu yardımın verilməsi üçün bir neçə variant var ki, onlardan biri də Kiyev və Aİ arasında ikitərəfli razılaşmadır.Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, yanvar ayında 50 milyard avroluq 4 illik proqram üzrə razılığa gəlmək mümkün olmasa, Avropa İttifaqı Ukraynaya kömək etmək üçün alternativ variantlar təklif etməlidir.Dekabrın 15-də Viktor Orban Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı ilə bağlı qərara veto qoyub. Həmin gün Avropa Şurasının rəhbəri Çarlz Mişel Aİ-nin Kiyevə 2027-ci ilə qədər yardım paketini razılaşdırmaq üçün 2024-cü ilin yanvarın sonu və ya fevralın əvvəlində fövqəladə sammit keçirəcəyini bildirib.E.ŞİRİNOV

Seçilən
301
18
tezadlar.az

10Mənbələr