İsrailli nazir ABŞ-a gedir: döyüş intensivliyi azalacaq
İsrailin strateji planlaşdırma naziri Ron Dermer Qəzza zolağında müharibənin növbəti mərhələsi ilə bağlı danışıqlar aparmaq üçün bu gün Vaşinqtona gedəcək.
Aktual.az xəbər verir ki, bu barədə "Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ron Dermer Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan, Dövlət katibi Entoni Blinken və ABŞ Konqresinin üzvləri ilə görüşəcək:
"Dermer onlarla Qəzza zolağında hərbi əməliyyatların sona çatması və müharibənin aşağı intensivlik mərhələsinə keçid planlarını müzakirə edəcək. İsrail yanvarın sonuna kimi aşağı intensivlikli müharibəyə keçmək niyyətindədir”.