Tarix: 26 Dekabr 2023 15:08
Dekabrın 25-i günortadan sonra 13-cü tur çərçivəsində Güney Azərbaycan təmsilçisi "Traktor" komandası Gilan əyalətinin "Mələvan" komandası ilə növbəti görüşünü keçirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, oyun Ənzəli şəhərində baş tutub.
Gərgin şəraitdə keçirilən qarşılaşma 0-0 hesabı ilə başa çatıb. Bununla da "Traktor" turnir cədvəlində 3-cü yerini qoruyub.
Oyun vaxtı "Mələvan" komandasının tərəfdarları "Traktor" oyunçularını davamlı təhqir edib, onlara butulka və başqa yad cisimlər atıb, lazer işığı salaraq, klubun oyununa problemlər yaradıblar.
Bununla bağlı "Traktor" klubunun baş direktoru Huşəng Nəsirzadə oyun nəzarətçilərinə və İran Futbol Federasiyasına şikayət məktubu göndərib.
Milli.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta