AZ

Küçədə yaşayaraq özünü cəzalandıran ağsaqqal danışdı

"Baku" TV-də yayımlanan "Arzunun vaxtı" verilişinin yeni buraxılışı efirə gedib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, verilişin budəfəki sayında küçədə yaşayan 64 yaşlı Əli adlı kişi öz həyat hekayəsini danışıb.

Onun sözlərinə görə, evi satıldığından yaşamağa yeri yoxdur:

"Bir oğlum var idi, o da avtomobil qəzasında dünyasını dəyişib. Evi oğlum satmışdı. Sonra da qəzaya düşdü, ev ala bilmədik. Əlimdəki pulla kirayədə qalırdım. Üç-dörd aydır bu vəziyyətdə yaşayıram".

Küçədə yaşayan şəxs "yaxşı adam deyiləm. Həyatdan küsmüşəm. Xahiş edirəm, məni narahat etməyin" deyərək sığınacağa yerləşdirilmək təklifindən imtina edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
305
19
milli.az

10Mənbələr