AZ

Kapitan: "Bacardığımız qədər bu nöqsanları aradan qaldırmağa çalışacağıq

Azərbaycan Premyer Liqasında XVIII tur geridə qaldı. Ötən mövsüm ölkə kubokunun qalibi "Qəbələ" hazırda çempionatda sonuncu yerdə qərarlaşıb. Bölgə təmsilçisinin aktivində 14 xal var.

Komandanın kapitanı Asif Məmmədov "FutbolPress"ə açıqlamasında "Qəbələ"nin geridə qalan turlardakı çıxışını qiymətləndirdi:

"Hazırda turnir cədvəlindəki yerimiz ürəkaçan deyil. Komandanın potensialı var, lakin bunu nəticələrimizlə göstərə bilmirik. Baxımlı oyun sərgiləyirik, amma qələbə qazanmaqda çətinlik çəkirik. "Qəbələ"nin uğursuzluqlarına bir neçə amil səbəb ola bilər. Məsələn, öncəliklə vurğulamaq olar ki, komandaya bu il transfer edilən oyunçular kollektivə tam uyğunlaşa bilməyib. Həmçinin, bu məqamı da qeyd edim ki, komandaya yeni cəlb edilən bəzi legionerlər düşünürdü ki, Azərbaycan çempionatı səviyyə cəhətdən aşağıdır və burada çıxış etmək asandır. Lakin Azərbaycana gəldikdən sonra bunun tam əksini gördülər. Uğursuzluqlarımızda bəxtsizliyin də payı var. "Qəbələ" hər zaman çempionatın ən çox qol vuran komandalarında olub. Lakin bu il hücumçularımız əllərinə düşən epizodlardan yetərincə istifadə edə bilməyiblər.

Məmmədov çatışmaqlıqları fasilədə aradan qaldırmağa çalışacaqlarını dedi:

"Qış fasiləsidir, artıq bu vaxtdan səmərəli istifadə edəcəyik. Çalışacağıq ki, öncəliyi çatışmaqlıqlarımıza verək. Bacardığımız qədər bu nöqsanları aradan qaldırmağa çalışacağıq. Çünki "Qəbələ" hər zaman çempionatda ən yaxşı tərzdə çıxış etməyə çalışıb. Ona görə də fasilədən sonra daha yaxşı çıxış edib uğurlar qazanmaq istəyirik".

Məlik Məlikov
Seçilən
328
50
futbolpress.az

10Mənbələr