AZ

QHT sədri: “Missiyamız əlilliyi olan insanların ictimai həyatın bütün sahələrə tamamilə daxil olmasına nail olmaqdır”

“Təşkilatın əsas məqsədi əlilliyi olan insanların iqtisadı inkişaf proseslərini dəstəkləmək və sosial problemlərinin həllinə kömək etməkdir. Onlar üçün bərabər imkanların təmin etməkdir”.
Bu sözləri “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan insanların ictimai həyatın bütün sahələrə tamamilə daxil olmasına və onların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq missiyamızdır: “Cəmiyyətdə əlilliyi olan insanlara qarşı mövcud stereotiplərin və mənfi münasibətin dəyişdirilməsi, əlillərin ictimai təşkilatların işinin effektivliyini yüksəltmək, ictimai həyatda tam hüquqlu iştirakı üçün və inklyüziv təhsilə və işədüzəldilməsinə müyəssər olamaq üçün lazım olan bilik və bacarıqları əldə edilməsində əlilliyi olan insanlara və onların ailələrə kömək etmək, əlilliyi olan insanlar üzləşən fiziki və psixoloji maneələri aradan qaldırmaq məqsədilə mütəxəssisləri, dövlət məmurları, valideynləri və cəmiyyətin digər üzvləri əlillik haqqında təlim keçirtmək bizim vəzifələrimizdir”.
Qeyd edək ki, “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi 29 dekabr 2004-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Təşkilat dövlət qurumları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edir. Əlilliyi olan insanlara xidmət göstərməklə əlillliyi olan şəxslərə qarşı cəmiyyətdə mövcud olan fiziki və psixoloji maneələrin aradan qaldırılmasına, əlilliyi olan şəxslərə və onların ailələrinə cəmiyyətdə tam şəkildə iştirak etmək üçün zəruri olan bacarıq və biliklərə yiyələnməkdə köməklik göstərməsinə, əlillliyi olan şəxslərin ictimai təşkilatlarının səmərəliliyinin artırılmasına töhfə verir.
 
Pərvanə Fərhadqızı

Seçilən
442
qht.az

1Mənbələr