AZ

Professordan Xəzərlə bağlı qorxulu proqnoz

Xəbər verildiyi kimi, Xəzərin dibi öz quruluşunu dəyişir, yarğanlar, çuxurlar və dərin çalalar əmələ gəlir.

Zəlzələlərin olması Xəzərin suyunun geri çəkilməsinə təsir edir. Bir neçə il öncəyə qədər Xəzər suları Astara bulvarının başlanğıc nöqtəsinə qədər gəlib çatırdı. Lakin son illərdə Xəzərin geri çəkilməsi nəticəsində bulvarla dəniz arasında geniş sahə yaranıb.

Referans.az xəbər verir ki, məsələ ilə bağlı “Cebhe.info”-ya danışan xəzərşünas alim, H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, bu proseslər son illər Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır:

“Xəzər dənizi qapalı su hövzəsidir, dünya okeanları ilə əlaqəsi yoxdur, buna görə də onun səviyyəsi mütəmadi dəyişir. Bu, əsasən regional iqlimlə bağlıdır. Səviyyəsinin dəyişməsi onun su balansı ilə həll olunur. Su balansı isə gəlir və çıxardan ibarətdir. Gəlir hissəsini çay suları təşkil edir, xüsusilə də Volqa və Ural çayının ərazisindən tökülən yağıntılar nəticəsində su Xəzər dənizinə tökülür.

Son illərdə baş verən qlobal iqlim dəyişiklikləri və digər antropogen proseslər göstərir ki, Xəzər dənizinə gələn suyun miqdarı təxminən 30%-ə qədər azalıb. Bu səbəbdən də Xəzər dənizinin səviyyəsi 1995-ci ildən başlayaraq aşağı düşməyə başlayıb. Bunun nəticəsində, xüsusilə cənub ərazidə dəniz sahildən aralanır”.

Onun sözlərinə görə, Xəzərin səviyyəsi son 50 ildə bir neçə dəfə belə kəskin dəyişib:

“ 1978-ci ildən 1995-ci ilə qədər Xəzərin səviyyəsi 2.5 metr qalxmışdı. Bu qalxma nəticəsində 2 milyard zərər olmuşdu. Bu müddətdə əsasən cənub ərazilərdə torpaq sahələri su altında qalmışdı. Hazırda da səviyyə endiyi üçün su altından çıxmış torpaqlar var. Bu torpaqlar da şoran torpaqlardır”.

O qeyd edib ki, seysmoaktiv zonaların da dəyişikliyə təsiri var:

“Son zamanlar şimali Xəzər tərəfdə yeraltı təkanlar nəticədə yerin altından qazların çıxmasına səbəb olub. Həmin yerdən çıxan qazlar isə suitilərini tələf edib. Əsas fəsadlar isə gəmiçiliyə, balıçılığa, kənd təsərrüfatına, neft sənayesinə dəyir”.

Alimin proqnozlarımıza əsasən, 2050-ci illərə qədər Xəzər dənizin səviyyəsi 2 metr aşağı düşəcək:

“2050-ci ildən sonra səviyyənin qalxması gözlənilir. Səviyyədə belə dəyişikliklər hər zaman olub, gələcəkdə də olacaq. Ümumilikdə isə Xəzərin səviyyəsi nə çox arta, nə də çox azala bilir. Canlı orqanizm kimi Xəzər nəfəs alıb-verir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
482
2
infoaz.ws

10Mənbələr