AZ

Mutunu yola salan “Neftçi” daha 3 nəfərlə müqaviləni pozdu, bu şəxsi saxladı

Tarix: 30 Dekabr 2023 21:34

Adrian Mutu ötən həftə Azərbaycanı tərk etdi.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, altı ay öncə "Neftçi"nin sükanı arxasına keçmiş rumuniyalı uğursuz səbəblər üzündən buradan ayrılmalı oldu.
Beləcə, klub rəhbərliyi şərqi avropalı mütəxəssislə bağlanmış 2 illik müqaviləyə vaxtından xeyli qabaq xitam verdi.
Artıq onu kimin əvəzləyəcəyi də məlumdur. Modraq Bojoviç qarşıdakı günlərdə yeni işinin icrasına başlayacaq.
"Ağ-qaralar"la 1,5 illik kontarkt imza atmış monteneqrolu yanvarın 6-dan işinin icrasına start verəcək.
Mutuyla barəbər, onun köməkçiləri də hazırda öz ölkələrindədir.
Söhbət bundan əvvəl də Adrian Mutu ilə birlikdə çalışmış 4 nəfərdən - 45 yaşlı Alin-Nikolaye Çita (köməkçi məşqçi), 44 yaşlı Aurelian-Boqdan Petraşku (analitik məşqçi), 28 yaşlı Miodraq Todorov (fiziki hazırlıq üzrə məşqçi) və 47 yaşlı Mihai-Qavril Nedeban (qapıçılar üzrə məşqçi) gedir. Bakılılar onlardan ilk 3-ü ilə 2 illik müqaviləni pozub.
Yalnız Mihai-Qavril Nedebanın məsələsi açıq qalıb. "Neftçi" rəsmiləri Mutunun yardımçılarından bir tək onun fəaliyyətindən razıdır.
Nedebana yeni məşqçi korpusunda da yer vermək fikirləri var.
Milli.Az

Seçilən
56
3
sonxeber.net

4Mənbələr