AZ

Xamenei ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb


İranın lideri və ruhani lideri Ayətullah Əli Xamenei hərbi rəhbərləri nəyin bahasına olursa olsun ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Xamenei hesab edir ki, İranın Kirman şəhərində qəbiristanlıq yaxınlığında baş verən partlayışlar İsrailin dünya ictimaiyyətini Qəzza zolağındakı müharibədən yayındırmaq üçün təşkil etdiyi kampaniyanın tərkib hissəsidir.
Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, buna cavab olaraq Ayətullah İsrailə qarşı gizli əməliyyatlar və proksi qüvvələrin İraq və Suriyadakı Amerika bazalarına hücumları ilə məhdudlaşmağı əmr edib.
Xatırladaq ki, ötən gün İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq yaxınlığında iki partlayış baş verib. Partlayışlar nəticəsində azı 103 nəfər həlak olub, 188 nəfər yaralanıb. İran hökuməti partlayışları terror aktı elan edib.
Seçilən
334
48
yeniavaz.com

10Mənbələr