AZ

İranın ali dini lideri seçkilərdə iştirak etməyənləri təhdid edib - KİV

İranın ali dini lideri Əli Xamenei seçkilərdə iştirak etməyən vətəndaşları təhdid edib.Azadmedia.az xəbər verir ki, o, bu barədə bu gün Qum şəhərindən olan bir qrup şəxslə görüşündə deyib.Belə ki, "Düşmənin strateji siyasəti vətəndaşları seçkilərdən uzaq saxlamaqdır. Seçikərdə iştirak etməmək düşmənə xidmət etməkdir", - deyə Xamenei bildirib.Qeyd edək ki, siyasi qruplaşmalar və müxalif cərəyanlar martın 1-də İranda keçiriləcək parlament seçkilərində iştirak etməməyə çağırıb.Müstəqil mərkəzlərin keçirdiyi rəy sorğularının nəticələrinə görə, 12-ci parlament seçkilərində vətəndaşların iştirakı ən aşağı səviyyədə olacaq

Seçilən
345
8
azadmedia.az

10Mənbələr