AZ

“İran partlayışa adekvat cavab verməyə çalışacaq” – POLİTOLOQ

"İranın Kerman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimində partlayış nəticəsində onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq"

"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sözügedən olayı şərh edərkən deyib.

O qeyd edir ki, bu partlayış İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ərəfəsində baş verib, bu səbəbdən Tehranın İsraili ittiham edəcəyi ehtimalı az deyil: "Bu isə o deməkdir ki, İran ərazisində İsrail kəşfiyyatına bağlı olduğu iddia edilən şəxslərin çoxsaylı həbslərinə rəğmən, şəbəkə gücünü itirməyib. Türkiyənin özündə də İsrail kəşfiyyatına bağlı şəxslərin kütləvi həbsi həyata keçirilib. Qasım Süleymanini amerikalılar öldürdülər. Tehran intiqam vədi versə də, Amerikaya zərər verər bilmədi. Əsl zərər “Həmas” qruplaşmasının oktyabrın əvvəlində İsrailə hücumu ilə Tel-Əvivə dəydi".

Politoloq hücumun arxasında Tehranın dayandığına dair mülahizələr səslənməsini təsadüfi saymır. "Görünür, İran Süleymaninin mərasimindəki partlayışa da adekvat cavab verməyə çalışacaq. Bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar" - o əlavə edib.

Rasim Əliyev

"AzPolitika.info"

Seçilən
329
27
azpolitika.info

10Mənbələr