AZ

Baydendən tələb etdilər: Ukraynaya dəstəyi dayandır

Florida ştatının qubernatoru, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Ron Desantis Co Baydeni Ukraynanı dəstəklədiyinə görə ittiham edib.

Publika.az xəbər verir ki, qubernatorun sözlərinə görə, Bayden Ukraynanı Rusiya ilə münaqişədə dəstəkləmək məqsədini həmvətənlərinə izah edə bilməz.

Baş verənlərin son məqsədini görə bilmədiyini deyən qubernator hazırki prezidentdən Ukraynanaya dəstəyi dayandırmağı istəyib.

“İndi əsas prioritet ABŞ-ın öz sərhədlərini qorumaq və Çindir. Lakin hakimiyyət bu amillərə məhəl qoymur və Kiyevə “çox böyük pul” göndərir”, - deyə Florida ştatının rəhbəri qeyd edib.

Desantis vurğulayıb ki, prezident seçkilərində qalib gəlsə, Amerika qoşunlarının Ukraynadakı müharibədə iştirak etmək üçün göndərilməsinə icazə verməyəcək.

Seçilən
297
37
publika.az

10Mənbələr