AZ

Almaniyada xəstəxanada baş vermiş yanğında 4 nəfər ölüb

Almaniyanın şimalında yerləşən Ülzen şəhərində xəstəxanada yanğın olub. Hadisə nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.

Daha 22 nəfər xəsarət alıb, onlardan bir neçəsi ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. Onlar yanıq xəsarətləri alıblar və zəhərləniblər.

İnsanlar xəstəxanadan yanğın çıxışı vasitəsilə təxliyə edilib. Əməliyyata 140-a yaxın operativ xidmət əməkdaşı cəlb olunub. 50 pasiyent digər tibb müəssisələrinə yerləşdirilib.

Yanğının səbəbi barədə məlumat verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
326
9
report.az

10Mənbələr