Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - inanın ki, hər şey yaxşıdır. Qüvvənizə və potensialınıza inansanız, yaxşı nəticələr əldə edə bilərsinz. Ünvanınıza çoxsaylı tənqidlər səslənəcək. Belə tənqidləri qulaqardına vurun, gərəkli bildiyiniz kimi hərəkət edin.
Günün ikinci yarısında yeni sifariş və ya maraqlı təklif istisna deyil. Məntiqli davransanız, gəlirləri artırmaqla yanaşı, peşəkar fəaliyyət sahəsindəki mövqeləri daha səbatlı edə bilərsiniz.
Ciddi təmaslara can atırsınızsa, şəxsi münasibətlərdə önəmli dəyişikliklər olacaq.
Buğa - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə fikir verin.
Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - uğur əldə etmək üçün ehtiyatı unutmayın. Həddən artıq çalışmayın, özünüzü ifrat dərəcədə yormayın. Fəaliyyətinizdə rasionallıq olmalıdır. Hesabatlarda və sənədləşdirmədə diqqətli olun.
Günün ikinci yarısında ailə qarşısında borc hissi sizi radikal addımlar atmağa vadar etməsin. Məişət problemlərini həll edəndə təmkinli olun. Qaba və kobud davranmayın.
Hisslərinizi cilovlamağınız məsləhətdir.
Xərçəng - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək.
Alış-veriş etmək olar. Simiclik etməyin.
Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.
Şir - günün ilk yarısı əlverişli və sərfəli zamandır. Zəhmətkeş olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün maneələri dəf edin. Həmkarlarınız və işgüzar tərəfdaşlarınızla münasibətlərinizin harmonik ollmasına can atın.
Günün ikinci yarısında münaqişə başlasa belə, onun alovlanmasına imkan verməyin.
Şəxsi münasibətlərdə xoşagəlməz hallar və ya yaxınlarınızla təmaslarda çətinliklər yaranarsa, nöqsanlarınızı aradan qaldırın. Ailə problemlərinin həlli üçün konkret addımlar atın.
Qız - xəyallar və illüziyalara qapılaraq reallıqdan uzaqlaşmayın. Mühüm qərarın qəbulunu, sənəd imzalanmasını ertələyin. Çox yaxın vaxtlarda fikrinizi dəyişməyiniz, mövqeyinizdə yeniliklər etməyiniz istisna deyil. Tələsik qərarların heç bir mənası yoxdur.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun, planları gerçəkləşdirin. Situasiya çətin olsa da, irəliləməyə çalışın. Yaxınlarınızı sevindirin.
Axşam saatlarını evdən kənarda keçirə bilərsiniz.