AZ

Netanyahu sülhə hazır olduğunu açıqladı

İsrail "Hizbullah"la münaqişəni sülh yolu ilə həll etməyə hazırdır, lakin uğursuzluq halında başqa variantları nəzərdən keçirir.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu Nazirlər Kabinetinin iclası zamanı açıqlama verib. Onun sözlərinə görə, İsrail öz vətəndaşlarını qorumaq və ölkənin şimalında yaşayan sakinləri öz yaşayış yerlərinə qaytarmaq məqsədi daşıyır.

“Bu, hamının paylaşdığı milli məqsəddir və biz buna nail olmaq üçün məsuliyyətlə hərəkət edirik. Alınarsa, biz bunu siyasi vasitələrlə edəcəyik, yoxsa, başqa yollarla hərəkət edəcəyik”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Netanyahu daha əvvəl "Hizbullah"ın İsrail və HƏMAS arasındakı münaqişədə iştirakının dağıdıcı nəticələrə gətirib çıxaracağını bildirib. 

Havar Şəfiyeva























Bizi Facebookda izləyin

Seçilən
507
50
525.az

10Mənbələr