AZ

Bloger rus qızlarını təhqir etdiyinə görə həbs edildi – ƏTRAFLI

Bloger Salmon Cumaboy rus qızlarını təhqir etdiyinə görə saxlanılıb, onu ekstremistlik ittihamı ilə 6 ilə qədər həbs gözləyir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tacikistandan olan bir bloger Moskvada müxtəlif qızlarla videolar çəkib və görüntülərdə şit zarafatlar edib. Dekabrın 9-da internetdə yayılan videolardan birində o, “tezliklə bütün rus qızları bizim olacaq” deyərək, Nataşadan necə doyduğunu danışıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması) maddəsi ilə cinayət işi başlanıb.

Salmon özü özünə haqq qazandırmağa çalışır və videoda onun səsi olmadığını bildirir. Hazırda blogerlə bağlı araşdırma aparılır.

Seçilən
655
50
konkret.az

10Mənbələr