Dünya pasportlarının reytinqi siyahısında Azərbaycan 61-ci yerdə qərarlaşıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Kanadanın “Arton Capital” konsaltinq şirkətinin hesabatından aydın olur.
Reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi və gəliş zamanı viza ilə daxil ola biləcəyi ölkələrin sayına əsaslanır.
Beləliklə, aydın olub ki, respublikamızın vətəndaşları 32 ölkəyə vizasız gedə bilərlər, beş ölkəyə giriş üçün elektron icazə tələb olunur, digər 46 ölkədə isə onlar gələrkən viza ala bilərlər. 115 ölkədə əvvəlcədən viza tələb olunacaq.
Qeyd edək ki, reytinqin lideri BƏƏ pasportu olub, onun sahibləri 132 ölkəyə vizasız gedə, daha 48 ölkədə isə gəliş zamanı viza ala bilərlər. Yalnız 18 ölkədə müvəqqəti viza tələb olunacaq.
İkinci yeri Almaniya, İspaniya, Fransa, İtaliya və Niderland bölüşüblər. Onların vətəndaşları 20 ölkəyə səfər etmək üçün əvvəlcədən viza almalıdırlar. Üçüncü yerdə İsveç, Finlandiya, İsveçrə, Avstriya və Lüksemburqdur (21 ölkədə ilkin viza tələb olunur).
Qeyd edək ki, ölkəmiz 2022-ci ilin sonunda reytinqdə 62-ci yerdə olub.
Reytinqdə sonuncu, 97-ci yeri Suriya pasportu tutub.
DOĞRU.AZ