AZ

Azərbaycanda taxoqraf kartlarının verilməsi 13 dəfədən çox - ARTIB

2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) beynəlxalq daşımalar yerinə yetirən sürücü və daşıyıcılara 7 371 ədəd taxoqraf kartı verib.

FED.az bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 13,1 dəfə çoxdur.

"Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iştirak edən sürücülərə və daşıyıcılara, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların saxlanılmasını, sürücünün şəxsiyyətinin eyniləşdirilməsini, habelə iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsini təmin edən rəqəmsal taxoqraf kartlarının verilməsi intensivləşib",- deyə AYNA bəyan edib.

AzərbaycandaAzərbaycanda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
308
6
fed.az

7Mənbələr