Pensiya ödənişləri 2023-cü ildə 781 milyon manat və ya 16 faiz artaraq, 5 milyard 726 milyon manat təşkil edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında çıxışında deyib.
O qeyd edib ki, ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 467 manata çatıb:
"2023-cü ildə yeni sosial islahat çərçivəsində növbəti pensiya artımları təmin edilib: minimum aylıq əmək pensiyasının məbləği ötən il fevralın 1-dən 280 manata çatdırılıb. Həmçinin pensiyalar 2023-cü ilin əvvəlindən 14,7 faiz indeksləşdirilərək artırılıb. 2022-ci ildə əlavə dəstək olaraq bütün pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib, bundan sonra yaranan pensiya məbləğlərinin indeksləşdirilərək artırılması təmin edilib.
Eyni zamanda, 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib ki, bu da hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun