AZ

Türkiyə İrana: dəhliz açılacaq! - ŞƏRH-ANALİTİK

Hulusi Kılıç: "İran öz işləri ilə məşğul olsa daha yaxşı olar" Sirr deyil ki, Zəngəzur dəhlizi həm Azərbaycan, həm də qardaş Türkiyə üçün olduqca əhəmiyyət kəsb edən layihədir. Xatırlatmaq yerinə düşərdi ki, dəhlizin açılması 10 noyabr 2020-ci il rəsmi Bakı-Moskva və İrəvan tərəfindən imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapır. Üstəlik, Rusiya da Azərbaycanla Naxçıvan arasında əlaqənin yaradılmasında maraqlı olduğunu bəyan edib. Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsidir, Pekini Londona bağlayan bir xəttdir" Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç mövzu ilə bağlı ölkə mətbuatına açıqlamasında qeyd edib ki, məhz Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə verilməsi ilə bağlı bəyanatı reallığa əsaslanmaqdadır. "2028-ci ildə bu layihənin icrası reallaşacaq. Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsidir, Pekini Londona bağlayan bir xəttdir. Ona görə də, Azərbaycan və Türkiyə bu məsələdə sıx əməkdaşlıq edir. Bu istiqamətdə işlər uğurla icra olunur”, - deyə türkiyəli diplomat vurğulayıb. Türkiyəli diplomat: "...Ona görə də, İran “bunu istəmir”, - deyə bir anlayış mövcud deyil" Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı İranın yanaşması, bu məsələyə qarışması qəbuledilməzdir. Belə ki, Tehran zaman-zaman "qırmızı xətt" tipli qeyri-real bəyanatları ilə elə düşünür ki, onun regiondakı maraqları qəbul ediləcək. Lakin Hulusi Kılıç bunun belə olmayacağını xüsusi eyhamla vurğulayıb:“İran öz işləri ilə məşğul olsa daha yaxşı olar. Türkiyə və Azərbaycanın milli maraqları daha önəmlidir. Xüsusi olaraq da bu dəhliz türk dünyasını birləşdirəcək. Ona görə də, İran “bunu istəmir”, - deyə bir anlayış mövcud deyil". Eks-səfir: "Tehranın maraqlarına ziyan olacaq məsələləri gündəmə gətirməsi də əsassızdır” O, eyni zamanda qeyd edib ki, nəhayət, İranın bu prosesə normal yanaşması gözlənilir. "Bu baxımdan, İranın qəbuledilməz açıqlamaları heç bir məntiqə sığmır. İranın guya bölgəyə NATO-nun gələcəyini ifadə etməsi heç bir məna kəsb etmir. Türkiyə NATO ölkəsi olaraq İranla qonşu dövlətdir. Bu baxımdan da dəhlizin İrana NATO kontekstindən təsiri olmayacaq. Burada Tehranın maraqlarına ziyan olacaq məsələləri gündəmə gətirməsi də əsassızdır”, - eks-səfir bildirib.Hulusi Kılıç daha bir əhəmiyyətli məqamı vurğulayıb ki, Avropaya açılacaq bu dəhlizlə idxal və ixrac məsələsində istiqamət dəyişəcək: “Bu əsas xətt Azərbaycanla Türkiyənin nəzarətinə keçəcək. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda olduğu dövrlərdə İran buradan istifadə etdi. Amma yekunda ortada bir reallıq var. İndi Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Azərbaycan İranla sərhədlərinə artıq tam nəzarəti öz əlinə alıb. Ona görə də, bu məsələdə İranın etirazlarını qəbul etmək mümkün deyil". Kılıç: "Türkiyə burada Zəngəzur dəhlizindən İrana da bir bağlantı yaratmağı təklif edir" Tehranın digər iddialarına gəlincə, diplomat İranın Ermənistanla coğrafi bağlantılarının kəsilməsini, Gürcüstanla əlaqələrinin azalacağını iddia etməsinin də birtərəfli yanaşma olduğunu qeyd edib. Kılıç fikirlərini əsaslandırmaqla qeyd edib ki, əgər ortada İranın maraqları varsa, Azərbaycanla, Türkiyənin də maraqları mövcuddur: "Türkiyə burada Zəngəzur dəhlizindən İrana da bir bağlantı yaratmağı təklif edir. Bu da qonşuluq əlaqələrinə əsaslanır. Məqsəd İranın da dəhlizdən yararlanmasını təmin etməkdir. Amma bütün bunlara baxmayaraq, bölgənin ümumi maraqları kontekstində bu dəhliz reallaşmalıdır. Qarşıdakı 5 ildə bu layihənin icrasının başa çatacağı və 2028-ci ildə fəaliyyətə başlayacağı qaçılmazdır. Hər kəs də bunu qəbul etməlidir”.Beləliklə, Hulusu Kılıçın fikirlərindən həm də belə nəticə hasil etmək olar ki, Zəngəzur dəhlizinin açılmasında heç bir xarici qüvvələrin siyasi oyunbazlıqları keçməyəcək. Üstəlik, regionun aparıcı oyunçularından hesab edilən Türkiyə və Rusiyanın da bu məsələdə ortaq məxrəcə gəlmələri, həmçinin, Azərbaycanın qətiyyətli mövqeyi əvvəl-axır İran tərəfinin "qırmızı xətt" utopiyasının üzərindən çalın-çarpaz xətt çəkəcək. Afət Tahirqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
610
50
sesqazeti.az

10Mənbələr