AZ

Ərəb mətbuatı Şuşanın İslam mədəniyyətinin paytaxtı olmasının əhəmiyyətindən yazdı

Milli Məclisin deputatı Könül Nurullayeva ərəbdilli mətbuatda  Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlardan yazıb."Şuşa - İslam Mədəniyyətinin Paytaxtı 2024”, “Azərbaycanın müsəlman aləmində birliyin möhkəmləndirilməsinə verdiyi töhfələr” başlıqlı məqalələr Misir, İraq, Əlcəzair, Mərakeş və Suriyanın nüfuzlu KİV-lərində dərc olunub. Deputat diqqəti son 20 ildə İslam dünyasının layiqli üzvü kimi Azərbaycanın mövqeyinin daha da gücləndiyini qeyd edib. Bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə İslam sivilizasiyasının mərkəzlərindən biri kimi Azərbaycanın nüfuzu artmaqdadır: “Dövlət başçısı müsəlman dünyası ilə əlaqələrə, İƏT çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Müasir Azərbaycan İslamın mütərəqqi ənənələrini qoruyub saxlamaq istiqamətində mühüm addımlar atır. Mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətlərinin təşviqi ilə bağlı effektiv proqramlar həyata keçirilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqı tarixən İslam mədəniyyətinin inkişafına böyük töhfələr verib. 2020-ci il 44 günlük müharibədən sonra həm ərazi bütövlüyünü, həm də suverenliyini təmin edən Azərbaycan İslam dünyasının ən güclü üzvünə çevrilib. Azərbaycanın azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Ermənistanla dövlətlərarası münasibətlər qurulmasını özündə ehtiva edən münaqişədən sonrakı sülh gündəliyinə beynəlxalq müstəvidə dəstək də müşahidə olunmaqdadır. Bu mənada İslam dünyasının, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəstəyi xüsusi əhəmiyyətə malikdir.”Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir. Ölkəmiz son illərdə İƏT-in bir neçə konfransına ev sahibliyi edib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Həmin ilin mayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilib. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilib.  2024-cü il üçün  isə Azərbaycanın qədim şəhəri olan, 3 il əvvəl erməni işğalından azad edilən Şuşa şəhəri İslam Dunyasının  Mədəniyyət  Paytaxtı elan edildi: “Bu qərar İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. Bu gün İslam dünyasında mədəni fəaliyyətin yenilənməsində Azərbaycan fəal iştirak edir. 30 illik işğal dövründə Azərbaycan ərazisində İslam mədəniyyətinin dəyərli nümunələri dağıdılıb, mədəni və dini irs yer üzündən silinib və ya mənimsəməyə məruz qalıb. Bölgədə 1000-dən artıq tarixi abidə, o cümlədən 60-dan çox məscid yerlə-yeksan edilib. Ermənilər islam dəyərlərinə hörmətsizlik edərək məscidlərimizdən tövlə kimi istifadə ediblər, hətta bu müqəddəs yerlərdə donuz saxlayıblar. Yalnız Azərbaycanın böyük qələbəsindən sonra islam mədəniyyəti də işğaldan, təhqirdən xilas oldu. Təsadüfi deyil ki, işğal dövründə Azərbaycan Prezidentinin tapşırığı ilə qarabağda dağıdılmış məscidlrin bənzəri digər ərazilərimizdə inşa olunurdu. Bu o demək idi ki, gün gələcək həmin ərazilər azad olunacaq və buradakı dini abidələr bərpa ediləcək. Bu, eyni zamanda İslam dünyasının bir parçası kimi Azərbaycanın öz tarixi keçmişinə sadiqliyini nümayiş etdirirdi. Erməni işğalından azad edilən Azərbaycana məxsus Qarabağ və Şərqi Zəngəzur bölgəsində bu gün bərpa-quruculuq işləri sürətlə davam edir. Azərbaycan hökuməti öz maliyyə imkanları hesabına bu ərazilərdə insanların rahat və firavan yaşaması üçün infrastruktur qurur. Heydər Əliyev Fondu isə azad olunmuş ərazilərdə dini abidələrimizin bərpasını həyata keçirir. Bu ərazilərdə yeni məscidlər inşa olunur. İslam dünyası da Azərbaycan Hökuməti və xalqının Ermənistanın hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri qayıdışına şərait yaratmaq məqsədilə azad edilmiş ərazilərin bərpa və yenidən qurulması səylərini dəstəkləyir.”Deputat həmçinin İƏT-in konfranslarında qəbul edilən dəstək qətnamələrinə də yönəldib: “Bu sənədlərdə Azərbaycan ərazilərində işğal zamanı islam mədəni və tarixi irs nümunələrinin talan edilməsi, dağıdılması, təhqir edilməsi, saxtalaşdırılması və oğurlanması vandalizmin təzahürü kimi qeyd edilir. Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlıqda mədəni irsin qorunması xüsusi yer tutur. Təsadüfi deyil ki, 2022-ci ilin dekabrında  ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclasında Azərbaycanın zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib. Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 15-ə çatıb. Bu,  Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs elementlərinin dəyərləndirilməsi, eyni zamanda mədəni irsin mühafizəsi və davamlılığının təmin edilməsində mühüm əhəmiyyətə malikdir.”Məqalədə həmçinin qeyd olunur ki, Beynəlxalq əməkdaşlıq çərçivəsində Bakıda ICESCO-nun Regional ofisinin açılması təşkilatla münasibətlərin, bütünlükdə İCESCO gündəliyinin bölgədə təqdim edilməsi baxımından çox vacib bir addımdır: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsünə ICESCO-nun verdiyi davamlı dəstəyi xüsusi qeyd etməliyik. Təşkilat 2011-ci ildən ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyədə təmsil olunur. ICESCO-nun 2024-cü ildə ölkəmizdə keçiriləcək növbəti forumda iştirakının da müsbət nəticələr verəcəyi şübhəsizdir. Son 3 ildə  - Azərbaycan öz tarixi torpaqlarını azad etdikdən sonra Bakı ilə İslam dünyası arasında əməkdaşlıqda da yeni inkişaf mərhələsi başlayıb. Postmünaqişə dövrünün yeni reallıqlarına uyğun davam edən bu əməkdaşlıq bütövlükdə İslam dünyasının daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin 20 illik uğurlu fəaliyyəti nəticəsində Azərbaycan müsəlman aləmində birliyin möhkəmləndirilməsinə, İslamın sülh və mədəniyyət dini kimi təbliğ olunmasına mühüm töhfələr verib.”شوشا عاصمة للثقافة الإسلامية 2024“شوشا” عاصمة للثقافة الإسلاميةاسهامات أذربيجان في تعزيز وحدة العالم الإسلامياسهامات أذربيجان في تعزيز وحدة العالم الإسلامياسهامات أذربيجان في تعزيز وحدة العالم الإسلاميكونول نور اللهييفا تكتب إسهامات أذربيجان فيكونول نوراللهييفا تكتب : إسهامات أذربيجان في تعزيز وحدة العالمإسهامات أذربيجان في تعزيز وحدة العالم الإسلامىاسهامات أذربيجان في تعزيز وحدة العالم الإسلامي

Seçilən
596
50
adalet.az

10Mənbələr