AZ

Fransa məhkəməsi pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib

Fransada məhkəmə "heyvanlara amansızlıq" ittihamı ilə mühakimə olunduğu işdə əzab çəkən pişiyə sahibinin 100 avro təzminat ödəməsi barədə qərar çıxarıb.“Le Parisien” qəzetinin xəbərinə görə, Lil Cəza Məhkəməsi “Lanna” adlı pişiyin 2023-cü ilin iyul ayında zibil qutusunda ölü tapılmasından sonra “heyvana zülm etmək” ittihamı ilə açılan işdə onun sahibi barədə qərar verib.Autizmli uşağını cırmaqladığı üçün təxminən bir yaşlı pişiyə işgəncə verib öldürdüyünü etiraf edən müttəhimə 8 ay şərti həbs cəzası verilib və ev heyvanı sahibi olmaq qadağan edilib.Digər tərəfdən, məhkəmə simvolik qərar çıxarıb və əzab çəkən pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib.İşin tərəfi və Nord Bölgəsi Heyvanları Mühafizə Birliyinin nümayəndəsi olan heyvan hüquqlarının müdafiəçisi və hüquqşünas Graziella Dode sosial media hesabındakı paylaşımında Lill Cəza Məhkəməsinin qərarını açıqlayıb və bu qərarı ədalətin qorunması istiqamətində atılan addım kimi qiymətləndirib. Fransada bir ilk olan məhkəmənin qərarı heyvansevərlər tərəfindən müsbət qarşılanıb.

Seçilən
263
2
afn.az

2Mənbələr