AZ

Şirvanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhərərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərinifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyattədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regionalqrupundan Trend-əverilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçiriləntədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəlibilinən şəhər sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuşAydın Cəfərov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı satış məqsədiləsellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdəheroin və metamfetamin, çətənə bitkisi və bir ədəd elektron tərəziaşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsindəcinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
491
28
az.trend.az

10Mənbələr