AZ

Niyazi Bayramov növbəti vətəndaş qəbulu keçirdi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulu keçirib. 

“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə təşkil olunan növbəti görüşdə İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.  

Görüşdən əvvəl təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək, onları həll etmək, əhalinin rahatlığının təminatına və rifahının yaxşılaşdırılmasına xidmət etməkdən ibarətdir.

Görüşdə iştirak edən şəhər sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, mənzil növbəliliyi, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.






Seçilən
300
1
qafqazinfo.az

10Mənbələr