AZ

Xavi: "...əşyalarımı yığıb, gedəcəm"

"Barselona"nın baş məşqçisi Xavi açıqlama verib.

Futbolpress.az "sport.es" saytına istinadən xəbər verir ki, mütəxəssis komandadakı gələcəyindən danışıb:

"Oyunçular məni dəstəkləməyi dayandıran günü əşyalarımı yığıb gedəcəm. Superkubokun finalında "Real"a məğlubiyyətdən sonra ağır təzyiqlər oldu. Düzdür, həmin oyunda zəif çıxış etdik. Amma biz layihəmizə, komandamıza inanırıq".

"Barselona" İspaniya Superkubokunun finalında "Real"a 1:4 hesabıyla məğlub olub.
Seçilən
414
17
futbolpress.az

10Mənbələr