"Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi". - İlham Əliyev.
Azərbaycan Françayzinq Assosiasiyası tərəfindən 25–29 yanvar tarixlərində 30 xarici və yerli istehsalçı və investorun iştirakı ilə Naxçıvan Muxtar Respublikası və Şərqi Zəngəzur iqtisadi rayonuna səfər təşkil olunacaq.
AFA-dan Fins.az-a verilən məlumata görə, səfər çərçivəsində istehsalçı və investorların azad iqtisadi zonalara baxışı, yerində müşahidələri və potensial istehsal müəssisələrinin qurulması imkanlarının araşdırılması nəzərdə tutulub və müvafiq icra hakimiyyəti orqanları ilə müzakirələr aparılacaq.
Səfərin əsas hədəfi ölkəyə investisiyaların cəlbi və assosiasiyanın vasitəçiliyi ilə bölgələrdə istehsal müəssisələrinin qurulmasıdır.
Fuad Mədətov
Fins.az