İsrailin baş naziri Benyamin Netanyahu hökumətindəki nazirlərlə görüşündə Qəzza zolağına edilən hücumlarla bağlı məlumat verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, KAN-ın xəbərində İsrail ordusunun \"Qəzzadakı əsgərlərinin sayını ehtiyatda olan əsgərləri tərxis edərək, ordularını nizamlı şəkildə geri çəkərək yeniləyib, döyüşə hazır vəziyyətə gətirərək azaldıb\" ifadə edilib.
Xəbərdə bildirilib ki, üçüncü mərhələdə Qəzza zolağında təhlükəsizlik zonasının yaradılması nəzərdə tutulur.
\"İsrail ordusunun Qəzza zolağının şimalında başlayan müharibənin üçüncü mərhələsini başa vurması altı ay çəkəcək”,- deyə Netanyahu bildirib.
Yanvarın 8-də \"The Wall Street Journal”a verdiyi açıqlamada İsrailin müdafiə naziri Yoav Gallant ölkəsinin Qəzzada \"müharibənin intensiv manevr mərhələsindən” \"müxtəlif növ xüsusi əməliyyatlara” keçəcəyini bildirib.
Gülay