AZ

Hakan Fidan ABŞ Dövlət katibinin müavini ilə görüşdü

Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bu ölkənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə-ABŞ strateji mexanizmi toplantısında iştirak üçün Ankaraya gələn Nuland Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

Qeyd edək ki, toplantıda ölkələr arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
15
e-huquq.az

10Mənbələr