"Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində beynəlxalq riyakarlığın təzahürünü, Azərbaycana qarşı olan qərəzli davranışı bütün dünya dövlətləri bir daha aydın şəkildə gördü. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.Bu gün təzyiq etmə aləti kimi tanınan Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrin düşərgəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədov deyib:
"Azərbaycan BMT-nin 4 qətnaməsinin icrasını özü təmin etdi. Biz ədaləti Beynəlxalq Hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi siyası yolla bərpa etdi. Bu hadisə BMT yaranandan bəri ilk dəfə baş verirdi. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqları üçün təşəbbüs irəli sürdük. Bu zaman Ermənistanla sülhün əsasını təşkil edəcək beş prinsipi tədim etdik. Azərbycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa edən ölkə olaraq yeni sülh prosesinin müəlllifi oldu. Belə addımlarımızın nəzərə alınmaması isə bir daha AŞPA nın riyakarlığından xəbər verir.AŞPA 23 oktyabr 2023-cü il tarixində "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.Onu da əminliklə qeyd edə bilərik ki, Avropanı narahat edən Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbədir. AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.Qabaqcadan planlaşdırılmış addıma gəlincə bunun əyani şahidi olduq. Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.Qərəzli və ünvanlı sifarişləri icra edən qurum olaraq Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır. Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışları, təşkilatın əsas məqsədlərinin və təşkilatın özünün inkişafının təhdidi kimi qiymətləndirilə bilər.Bu məqalədə qeyd edilən qərəzli davranış nöqtələri, təşkilatın fəaliyyətinin təhlili və müzakirəsi üçün əsas təşkil edir. Avropa Şurası Parlament Assambleyasının bu məsələlərinin həllinə nail olmaq üçün daha böyük səmimiyyət və demokratik proseslərə riayət etmək tələb olunur.Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər".
Onun sözlərinə görə, əsil səbəb və obyektiv həqiqət isə odur ki, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir: "AŞPA kimi ikili standartlar, qrayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Görünən odur ki, bu təşkilatlar üçün demokratiya bir silahdır. Bununla Azərbaycan kimi müstəqil dövlətləri hədəfə alıb öz siyasi ambisiyalarını yeritməyə çalışırlar. Ölkəmizin mümkün təhdidlərə və təziqlərə rəğmən uğurlu və dinamik şəkildə öz iqtisadi inkişaf xəttini uğurla davam etdirməsi, regionda, eləcə də dünyada artan nüfuzu və əldə etdiyi uğurlar, dünya siyasətində öz dəsti xətti olması təəssüflər olsun ki, dünyadakı, xüsusilə də Avropadakı bəzi siyasi təşkilatları çox narahat edir, onlar tərəfindən qısqanclıqla qarşılanır. İqtisadi gücüə malik olmaqla yanaşı, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir.Avropanın səmərəsiz cəhdləri heç bir fayda verməyəcək. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta